Ayı üstünə düşdü

18.12.2024

Icma.az xəbər verir, Manset saytına əsaslanaraq.

Amerikanın Virciniya ştatında güllələnmiş ayı ağacdan ovçunun üstünə düşüb.
Manset.az CBS News-a istinadən xəbər verir ki, kişi aldığı xəsarətlərdən dünyasını dəyişib.
Bildirilir ki, dekabrın 9-da ovçu qrupu ağaca çıxan ayını təqib ediblər. Ovçulardan biri ayıya atəş açıb, heyvan isə ağacdan üç metr aralıda olan qrupun digər üzvünün üstünə düşüb. Yaralı 58 yaşlı yaralı ovçuya hadisə yerində ilkin tibbi yardım göstərilib, sonra yaralı xəstəxanaya aparılıb. Lakin o, dekabrın 13-də aldığı xəsarətlərdən dünyasını dəyişib.
Virciniya Vəhşi Təbiət Resursları Departamenti, ov, təqib üçün ayılara zərər vermənin və ya yerindən qovmağın qanunsuz olduğunu deyir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью