Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yaponiyanın şimalında ayı hücumu faciə ilə nəticələnib.
Redaktor.az bu barədə "NHK World"a istiandla məlumat verir.
Belə ki, 69 yaşlı qadın meşəyə yeməli yabanı bitkilər toplamağa gedib və geri qayıtmayıb.
Növbəti gün polis və xilasedicilər axtarış zamanı qadının avtomobilini meşə kənarında aşkar ediblər. Bir müddət sonra isə o, huşsuz vəziyyətdə tapılıb. Məlumata görə, qadının üz və baş nahiyəsində heyvan caynaqlarına bənzər ağır xəsarətlər olub. Həkimlər onun həyatını xilas edə bilməyiblər.
Aytəkin TOFİQQIZI