AYİB Ermənistana 40 milyon dollar ayırır

22.01.2025

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistan parlamenti “Ermənistan Respublikası ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında (AYİB) “Ermənistanın Enerji Keçid Proqramı”nın kredit sazişinin ratifikasiyası haqqında” qanun layihəsini müzakirəyə başlayıb.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Kristine Qaleçyan bildirib ki, saziş 2024-cü ilin avqustunda imzalanıb və AYİB 40 milyon dollar kredit ayırmağa razılaşıb.

Bildirilib ki, layihənin məqsədləri bərpa olunan enerjinin həcmlərini genişləndirmək və onu elektrik ötürücü şəbəkələrə inteqrasiya etməklə inkişaf etdirməkdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью