Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü hamı övladlarını gəzməyə apardı.
Mən də serial çəkilişindən çıxdım və üz tutdum Sumqayıt bulvarına. Sumqayıtdakı attraksionlar Bakı ilə müqayisədə ucuz olur.
Bir manatdan baha olmur, bəzən əlli qəpik də olur. Amma dünən bilmədim ki, uşaqların, yoxsa cibinizin müdafiəsi günü idi”.
“Qafqazinfo” “Axşam.az”a istinadən xəbər verir, bu sözləri aparıcı Mətanət Əliverdiyeva “Xəzər axşamı” verilişində deyib.
O, Uşaqların Beynəlxalq Müdafiəsi Günündə attraksionların 1 manatdan 3-5 manata qaldırılmasından şikayət edib: “Ayıb olsun, kiminsə adından istifadə etməyin.
Hamısına da şamil etmirəm. Elə işbazlar var idi ki, uşaqların sıxlığını yox, ciblərinin sıxlığını tənzimləmək istəyirdi.
Bir evdən 4-5 uşaq gəlir, qiyməti 1 manatdan 3-5 manata qaldırmaq nə deməkdir? Ayıb olsun!