Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın “Unibank” ASC-yə 20 milyon ABŞ dollarınadək kredit ayırmağı planlaşdırır.
Modern.az Plat.az-a istinadən xəbər verir ki, kredit Yaşıl Enerji Səmərəliliyi Mexanizmi (GEFF) çərçivəsində ayrılacaq. Vəsait Azərbaycanda müəssisələrin, mikro, kiçik və orta sahibkarların, eləcə də yaşayış sektorunun ekoloji layihələrinin maliyyələşdirilməsinə yönəldiləcək.
Kreditin yerli valyutada, bir ilədək güzəşt dövrü daxil olmaqla dörd ilədək müddətə və iki bərabər hissədə verilməsi nəzərdə tutulur.
Layihənin əsas məqsədi Azərbaycanda yaşıl investisiyaların maliyyələşdirilməsini genişləndirmək və ekoloji dayanıqlı iqtisadiyyata keçidi sürətləndirməkdir.
Qeyd edək ki, layihə hazırda təsdiq mərhələsindədir.