Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Beynəlxalq maliyyə institutları (BMİ) maliyyələşdirmə, texniki yardım və digər mənbələrdən qrantların səfərbər edilməsi və güzəştli maliyyələşdirmə yolu ilə fəaliyyət göstərdikləri ölkələrə maksimum dəstək verir.
Bu kontekstdə qeyd etmək lazımdır ki, biz təsirimizi ölçmək və maksimum dərəcədə artırmaq üçün əsas meyarları müəyyən etmək üzrə fəal işləyirik.
Bu işin bir hissəsi olaraq, ölkə və layihə səviyyəli indikatorların təfərrüatlı kompleksini ehtiva edən iqlim nəticələrinin ölçülməsinə dair ümumi yanaşmamızı dərc edirik.
Gələcəyə baxarkən, biz təcrübəmizdən iqlim sərmayəsini artırmaq, davamlı və ölçülə bilən nəticələri gücləndirmək, transformativ dəyişikliklərə təkan verən, işçi qüvvəsini yüksəldən və həssas icmaları dəstəkləyən layihə və ölkə səviyyəsində platformalar yaratmaq və onları həyata keçirmək öhdəliyimizə sadiqik.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odil Reno-Basso Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının dördüncü günündə təşkil olunan növbəti sessiyada deyib.
O, əlavə edib ki, bank, həmçinin innovativ maliyyə alətlərini genişləndirir və daha çox kapital cəlb etmək üçün siyasət yanaşmalarını təkmilləşdirir.
AYİB prezidenti qeyd edib ki, beynəlxalq maliyyə institutları artıq Misir, Şimali Makedoniya, Banqladeş və Kolumbiyada belə platformaları dəstəkləyir.