Ayıdan qaçan qız qayalıqdan YIXILIB ÖLDÜ

29.04.2025

Icma.az, News24 portalına istinadən məlumat verir.

Rumıniyanın mərkəzindəki Frumoasa gölü ətrafında dostları ilə istirahət edən 18 yaşlı qız yaxınlığında peyda olan ayıdan qaçaraq yüksək qayalıqdan gölə yıxılıb həyatını itirib.

News24.az xəbər verir ki, bu barədə “Digi24” portalı məlumat yayıb.

Dostlarının sözlərinə görə, ayı onların yaxınlığında görünəndə qız böyük qorxu hissi keçirib və panikadan qaçmağa başlayıb. O, qayalıqdan aşağıya düşərək gölə yıxılıb. Xilasetmə xidmətləri hadisə yerinə tez gəlsələr də, qızı xilas etmək mümkün olmayıb.

Polis hadisənin dəqiq səbəblərini araşdırır.//yenicag

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью