525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Hindistanda ayının hücumundan qorunmaq üçün qaçan 2 qadın yarğandan yıxılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Uttarakhand ştatının Çamoli əyalətində baş verib.
Meşə ilə digər kəndə gedən Nel-Sideli kəndinin sakinlərinin qarşısına ayı çıxıb. Vəhşidən qorunmaq üçün qaçmağa başlayan qadınlar yarğandan yıxılıblar. Onlardan biri hadisə yerində keçinib. Digəri isə kənd sakinləri tərəfindən ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Hadisədən sonra Nel-Sideli sakinləri etiraz aksiyası keçiriblər. Onlar meşə təsərrüfatı departamentindən ayının tapılaraq öldürülməsini, həmçinin, ərazidə təhlükəsizliyin təmin olunmasını tələb ediblər.
L.Tağıyeva