Ayılar Azərbaycandan aparılıb? Açıqlama

23.05.2025

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bioloji Müxtəlifliyin Qorunması Xidməti Azərbaycanda qəfəsdə saxlanılan Benji və Balu adlı ayıların Böyük Britaniyaya aparılması xəbərinə münasibət bildirib.

"Unikal" xəbər verir ki, qurumun rəsmisi Arzu Babayeva bildirib ki, adıçəkilən ayılar hazırda Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası və Reabilitasiya Mərkəzindədir və ölkədən köçürülməyiblər: 

"Hazırda onların reabilitasiya prosesi davam edir. Bir neçə il öncə təbiətdən köməksiz vəziyyətdə tapılan yeni doğulmuş iki ayı balası Vəhşi Təbiətin Bərpası və Reabilitasiya Mərkəzinə yerləşdirilərək orada xüsusi qayğı və nəzarət altında saxlanılır. Avropada vəhşi heyvanların təbii instinktlərinin bərpası üzrə ixtisaslaşmış vəhşi heyvan sığınacağı tərəfindən bu ayıların təbii instinktlərinin təkmilləşdirilməsi üçün xaricə göndərilməsi istiqamətində danışıqlar aparılır", - deyə A.Babayeva qeyd edib. 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью