Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.
Rusiyada ağ və qəhvəyi ayıların çarpazlaşmağa başlamasından sonra ayılar daha da təhlükəli hala gəliblər.
Turkustan.az xəbər verir ki, bu barədə bioloq Dmitri Safonov deyib.
Mütəxəssisin sözlərinə görə, bu heyvanların yaşayış yerləri dəyişib:
“Ağ ayılar daha cənuba, qəhvəyi ayılar isə daha şimala köçüblər”.
O bildirib ki, Kunaşir adasındakı ağ-qəhvəyi ayı hibridləri insanlar üçün adi ağ ayılardan xeyli təhlükəli ola bilər:
“Əsas təhlükə ağ əcdadlarından miras qalmış qidalanma instinktləri ilə bağlıdır".
Rusiyada ağ ayıların hücumlarından ölənlərin sayının 29-a çatdığı bildirilir. /Cebheinfo.az/