Ayılar hərbi bazaya girib hərbçilərin payını yedilər

20.11.2024

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

ABŞ-da ayılar hərbi bazanı dağıdıblar.

Lent.az xarici mediaya istinadla bildirir ki, Alyaskada bir neçə ayı Ankoric şəhəri yaxınlığındakı Elmendorf-Riçardson hərbi bazasına giriblər. 

Heyvanlar ləvazimatlarla dolu anbara və qarajın içərisinə daxil ola biliblər. Qarajda onlar ərzaq olan yük maşınına miniblər. Ayılar ordunun quru qidası olan qutuları dağıdıb ləvazimatların bir hissəsini yeyiblər.

Ancaq hərbçilər yalnız boş ərzaq bağlamaları tapıblar. Sonra qaraja girən zaman yük maşınının içərisində ac ayı görünüb. Daha sonra o, meşəyə qaçıb.

Hərbçilər qorxur ki, heyvanlar qida mənbəyi tapdıqları üçün yenidən qayıda bilərlər. Onlar həmçinin ayıların rasionu yedikdən sonra vəziyyətindən narahatdırlar: qutuların içərisində saqqız, eləcə də heyvanların sağlamlığına zərər verə biləcək kimyəvi tərkibə malik yeməkləri qızdırmaq üçün yastıqlar olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью