Ayılar niyə bu qədər aqressivləşib? SƏBƏB

23.10.2026

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Parazitar infeksiyalar ayıların davranışında dəyişikliklərə və insanlara hücum hallarının artmasına səbəb ola bilər. Bu fikri irəli sürən ovçu Roman Arxipov son illərdə rastlaşdığı ayıların əksəriyyətində xəstəlik əlamətləri müşahidə etdiyini bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə o, “kp.ru” nəşrinə müsahibəsində danışıb.

Arxipovun sözlərinə görə, son beş ildə xəstəlik əlamətləri olmayan ayılara nadir hallarda rast gəlib. O, ovladığı heyvanları yararkən çoxlu sayda parazitlərlə qarşılaşdığını iddia edib.

Ovçu hesab edir ki, xəstəliklər ayıların aqressivliyini artıra, eyni zamanda onların ehtiyatlılığını azalda bilər. Onun müşahidələrinə görə, bəzi ayılar itlərə və insanlara hücum edir, hətta yaşayış evlərinə daxil olurlar. Arxipovun sözlərinə görə, sağlam ayılar insanla qarşılaşdıqda adətən uzaqlaşmağa çalışır, xəstə heyvanların davranışı isə fərqli ola bilər.

O, ayıların yaşayış məntəqələrinin yaxınlığına gəlməsini qida çatışmazlığı ilə də əlaqələndirib. Ovçunun fikrincə, ayıların sayının çox olması səbəbindən heyvanlar qida tapmaq üçün zibilxanalara və heyvan cəsədlərinin basdırıldığı ərazilərə üz tuturlar.

Qeyd edək ki, ovçunun bu fikirləri şəxsi müşahidələrinə əsaslanır. Ayıların insanlara hücum etməsinin səbəblərini müəyyənləşdirmək üçün isə elmi araşdırmaların nəticələri nəzərə alınmalıdır.

NURİYYƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью