Ayılara görə komendant saatı tətbiq edildi

15.07.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Kamçatka diyarının Sobolevsk rayonunda komendant saatı tətbiq edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Məlumata görə, ayıların insanlara yaxınlaşması hallarının artması səbəbindən uşaqlar və piyadalar üçün komendant saatı tətbiq edilib.

“Rayon ərazisində ayıların yaşayış məntəqələrinə çıxması hallarının artması ilə əlaqədar ‘Yüksək hazırlıq’ rejiminin tətbiq olunması və hərəkətin məhdudlaşdırılması qərara alınıb,” – deyə rayon administrasiyası bildirib.

İndi qeyd olunan vətəndaş qruplarına yerli vaxtla saat 20:00-dan sonra küçəyə çıxmaq qadağandır.

Mina Mikayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью