Ayılara görə təhlükəsizlik tədbirlərini gücləndirdilər

12.09.2026

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Rusiyanın Tıva respublikasında yaşayış sahələrinin yaxınlığında ayıların peyda olması ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı regionun Daxili işlər Nazirliyi yayıb. 

Məsələ ilə əlaqədar yırtıcıların ola biləcəyi mümkün yerlərdə daimi patrul xidməti təşkil edilib. 

Tıvanın Meşə Təsərrüfatı Nazirliyinin məlumatına görə, avqustda Sibirdə 200-ə qədər potensial təhlükəli ayı güllələnib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью