Ayın 28 də intensiv yağış yağacaq Proqnoz

27.10.2026

Icma.az bildirir, Milli.az portalına istinadən.

Oktyabrın 28-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Gün ərzində arabir buludluluğun artacağı, əsasən yağmursuz hava şəraitinin hökm sürəcəyi gözlənilir. Axşam saatlarında isə bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-15, gündüz 16-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu, nisbi rütubət isə 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı proqnozlaşdırılır. Şərq rayonlarının bəzi ərazilərində qısamüddətli leysan, şimşək çaxması və dolu düşməsi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Şərq küləyi əsəcək.

Rayonlarda havanın temperaturu gecə 12-15, gündüz 18-21 dərəcə isti olacaq. Dağlıq ərazilərdə isə gecə 0-5, gündüz 5-9 dərəcə isti gözlənilir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью