Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

10.03.2025

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Ayın qolu” layihəsi çərçivəsində yanvar ayının ən yaxşı qolunun müəllifi olan "Kəpəz"in futbolçusu Turan Manafov mükafatlandırılıb. 

QOL.az xəbər verir ki, ona Misli Premyer Liqasının 26-cı turunda bu gün "Sumqayıt"la görüşdən əvvəl mükafatlar təqdim olunub. 

Mükafatları Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Azərlotereya" ASC-nin İctimaiyyətlə əlaqələr və korporativ sosial məsuliyyət üzrə rəhbəri Seymur Teymurov təqdim edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью