Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

06.04.2025

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Ayın qolu” layihəsi çərçivəsində fevral ayının ən yaxşı qolunun müəllifi olan "Qarabağ"ın futbolçusu Patrik Andrade mükafatlandırılıb. 

QOL.az xəbər verir ki, ona Misli Premyer Liqasının 29-cu turunda bu gün "Zirə" ilə görüşdən əvvəl mükafatlar təqdim olunub. 

Mükafatları Tofiq Bəhramov adına Respublika stadionunda "Azərlotereya" ASC-nin İctimaiyyətlə əlaqələr və korporativ sosial məsuliyyət üzrə rəhbəri Seymur Teymurov təqdim edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью