Ayın əvvəli həbs olunan Hanninqdə xərçəng aşkar edildi

29.10.2026

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Casusluq və dövlətə xəyanət şübhəsi ilə həbs olunan Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri Avqust Hanninqdə xərçəng xəstəliyi aşkar edilib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Die Welt” qəzeti məlumat yayıb. 

Xəstəliyinə baxmayaraq, Hanninqin Münsterdəki istintaq təcridxanasında təkadamlıq kamerada saxlanılmağa davam etdiyi bildirilir. 

Qeyd edək ki, oktyabrın 6-da Almaniya Federal Prokurorluğu 1998-2005-ci illərdə Federal Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsini tutmuş Hanninqin saxlanılması barədə məlumat yayıb. Oktyabrın 7-də isə Hanninq və işin digər iştirakçısı, onun BND-dəki aparatının keçmiş rəhbəri Manfred D. həbs edilib. İstintaq Manfred D.-nin maddi maraq müqabilində mütəmadi olaraq Hanninqə məxfi məlumatları ötürməyi öhdəsinə götürdüyünü hesab edir. A.Hanninq əldə etdiyi iddia olunan məxfi materiallardan analitik hesabatlar hazırlamaq üçün istifadə edib. 

Hanninq hazırda dövlət sirrini yaymaqda, dövlətə xəyanətdə və xarici ölkənin xeyrinə casusluqda şübhəli bilinir. Manfred D. isə onunla şəriklikdə şübhəli hesab olunur. Hanninqin müdafiə tərəfi məxfi materiallara sahib olma faktını qismən etiraf etsə də, onun fəaliyyətlərinin Almaniyanın maraqlarına zərər vurduğuna dair ittihamları rədd edir. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью