“Ayın qolu” layihəsinin şərtləri dəyişdirildi

02.12.2024

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Peşəkar Futbol Liqasının Misli premyer-liqası, 1-ci liqa və 2-ci liqa yarışlarında həyata keçirdiyi “Ayın qolu” layihəsinin şərtləri dəyişdirilib.

"Football-plus.az" xəbər verir ki, qaliblər artıq PFL-in feysbuk səhifəsindəki səsvermə nəticəsində yox, xüsusi seçilmiş 11 nəfərlik münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək.
Münsiflər heyəti:
1. Elxan Səmədov – Peşəkar Futbol Liqasının prezidenti
2. Fernandu Santuş – Milli komandanın baş məşqçisi
3. Tural Piriyev – Futbolun İnkişafı Fondunun icraçı direktoru
4. Volkan Üst – “CBC Sport” telekanalının baş direktoru
5. Cahangir Həsənzadə – AFFA-nın texniki direktoru
6. Ağasəlim Mircavadov – AFFA-nın Məşqçilər Komitəsinin üzvü
7. Nazim Əliyev – futbol mütəxəssisi
8. Nazim Süleymanov – futbol mütəxəssisi
9. Arif Əsədov – futbol mütəxəssisi
10. Aslan Kərimov – futbol mütəxəssisi
11. Mahmud Qurbanov – futbol mütəxəssisi
Qeyd edək ki, səsvermə nəticəsində bərabərlik olarsa, yekun qərarın verilməsi Peşəkar Futbol Liqasının səlahiyyətləri daxilindədi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью