“Ayın qolu”nu onlar seçəcək İdman və Biz

02.12.2024

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Peşəkar Futbol Liqasının Misli Premyer Liqası, I Liqa və II Liqa yarışlarında həyata keçirdiyi “Ayın qolu” layihəsinin şərtləri dəyişdirilib.

İdman.biz xəbər verir ki, qaliblər artıq PFL-in feysbuk səhifəsindəki səsvermə nəticəsində yox, xüsusi seçilmiş 11 nəfərlik münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək.

Münsiflər heyəti aşağıdakı şəxslərdən ibarətdir:

1. Elxan Səmədov – Peşəkar Futbol Liqasının prezidenti
2. Fernandu Santuş – Milli komandanın baş məşqçisi
3. Tural Piriyev – Futbolun İnkişafı Fondunun icraçı direktoru
4. Volkan Üst – “CBC Sport” telekanalının baş direktoru
5. Cahangir Həsənzadə – AFFA-nın texniki direktoru
6. Ağasəlim Mircavadov – AFFA-nın Məşqçilər Komitəsinin üzvü
7. Nazim Əliyev – futbol mütəxəssisi
8. Nazim Süleymanov – futbol mütəxəssisi
9. Arif Əsədov – futbol mütəxəssisi
10. Aslan Kərimov – futbol mütəxəssisi
11. Mahmud Qurbanov – futbol mütəxəssisi
Qeyd edək ki, səsvermə nəticəsində bərabərlik olarsa, yekun qərarın verilməsi Peşəkar Futbol Liqasının səlahiyyətləri daxilindədir.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью