Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) “Artemis II” missiyası zamanı toplanan 800 giqabaytdan çox elmi məlumatı ictimaiyyətin istifadəsinə verib.
Arxivə Ayın ətrafında uçuş zamanı çəkilmiş 11 mindən artıq yüksəkkeyfiyyətli foto və video, astronavtların 8,5 saatdan çox səs yazısı, eləcə də onların müşahidələri əsasında hazırlanmış qeydlər daxil edilib.
Məlumatlar arasında Ay səthinin müxtəlif hissələrini əks etdirən görüntülər və astronavtların diqqətini çəkən qeyri-adi hadisələrə dair müşahidələr də var. Xüsusilə, Ayın qaranlıq səthində meteoritlərin yaratdığı ehtimal edilən işıq parıltıları alimlərin marağına səbəb olub. Astronavtların çəkdikləri görüntülər və qeydlər Ayın geoloji quruluşunun daha ətraflı öyrənilməsi üçün yeni imkanlar yaradır.
NASA-nın məlumatına görə, bu arxiv yarım əsrdən artıq fasilədən sonra insanların birbaşa iştirakı ilə toplanmış planetar elmi məlumatların ən əhəmiyyətli toplularından biridir. Tədqiqatçılar əldə olunan materiallardan gələcək Ay missiyalarının planlaşdırılmasında və peykin səthinin daha dərindən öyrənilməsində istifadə edə bilərlər.
Hazırladı:
S.Rzayeva
XQ