Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Paytaxtın Xətai rayonunda “Range Rover” markalı avtomobildən 11.000 manat oğurlanıb.
Avtosfer.az xəbər verir ki, vətəndaşın şikayəti əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı R.Quliyev saxlanılıb.
Araşdırmalarla məlum olub ki, o, hadisə vaxtı avtomobilin sahibinə özünü “ayıq sürücü” xidməti göstərdiyini bildirərək nəqliyyat vasitəsinin sükanı arxasında əyləşib. R.Quliyev avtomobili qarajda saxladıqdan sonra isə zərərçəkənin ani diqqətsizliyindən istifadə edərək saxlanc yerində olan pul vəsaitini talayıb.
Faktla bağlı araşdırma aparılır.
Oxunub 74