Aykut Kocaman sükutu pozdu Bu şərtlərlə işləyə bilməzdim

20.06.2026

Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Fənərbaxça"nın baş məşqçi postuna namizədlərdən olan Aykut Kocaman klubla apardığı danışıqlarla bağlı açıqlama verib.

Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis görüşlərin yalnız Oğuz Çetin vasitəsilə aparıldığını bildirib.

Kocaman qeyd edib ki, klub prezidenti ilə birbaşa görüşü olmayıb:

"Apardığımız danışıqlar yalnız Oğuz Çetin üzərindən getdi. Aziz Yıldırımla heç bir görüşümüz olmadı. Texniki heyətim və futbolçularımla bağlı müəyyən tələblər, göstərişlər var idi. Mən isə bu şərtlərlə işləyə bilməyəcəyimi bildirdim".

Qeyd edək ki, son günlərə qədər "Fənərbaxça"nın baş məşqçi postuna Aykut Kocamanın gətiriləcəyi gözlənilsə də, klub rəhbərliyi yekunda İsmail Kartala etimad göstərib. Kartal bununla da karyerasında dördüncü dəfə İstanbul təmsilçisinin baş məşqçisi olub.

Demba Ba yeni vəzifədə - Fransa klubuna təyinat aldı Braziliyadan A Seriyasına - Kaiki “Komo”da İkardi ilə yollar ayrılır? - Okan Burukdan açıqlama Pulişiç Avstraliya ilə oyunu buraxacaq - Son dəqiqə İran FIFA-ya şikayət edəcək - Yığmaya yenə məhdudiyyət qoyuldu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью