Aylar sonra vəsiyyəti açıqlanacaq

16.09.2026

Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyəli aktyor Kadir İnanırın vəfatından sonra onun mirası və vəsiyyəti ilə bağlı sualların cavabı sabah bəlli olacaq.

Axşam.az xəbər verir ki, iyunda dünyasını dəyişən aktyorun mirası vəsiyyətnaməsi sentyabr 17-də Beykoz Məhkəməsində açıqlanacaq. Onun üzük, təsbeh və saat kolleksiyalarının kimə qalacağı bununla müəyyənləşəcək.

Qeyd edək ki, uzun müddət səhhətində yaranan problemlərlə mübarizə aparan Kadir İnanır 77 yaşında vəfat edib. İnanırın müxtəlif vaxtlarda üç ayrı vəsiyyətnamə hazırlatdığı bildirilir. Birincisi 2015-ci ildə, digər ikisi isə 2022-ci ildə notariusda tərtib edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью