Aylardır həllini tapmayan PROBLEM: Hökməlidə çirkab sular küçəyə axıdılır

05.08.2026

Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

Abşeron rayonunun Hökməli qəsəbəsində "Megastore" marketinin qarşısına yaxın ərazidə kanalizasiya xəttindən çirkab sular 3 aydır küçəyə axır.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə yerli sakinlər məlumat verib.

Sakinlərin sözlərinə görə, çirkab suları həm antisanitar vəziyyət yaradıb, həm də Hökməli–Qobu–Güzdək avtomobil yolunun həmin hissəsində nəqliyyatın və piyadaların hərəkətini çətinləşdirib.

Problemin uzun müddətdir həllini tapmadığını qeyd edən sakinlər aidiyyəti qurumlardan yaranmış vəziyyətin aradan qaldırılmasını istəyirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью