Icma.az bildirir, Manset saytına əsaslanaraq. “Space” televiziyasında son günlər ciddi maliyyə problemləri yaşanır.
Əməkdaşlar kütləvi şəkildə işdən çıxarılır. Manset.az Oxu24.com-a istinadən xəbər verir ki, ciddi maliyyə böhranı ilə üzləşən telekanal kütl
Əvvəllər 300-dən çox əməkdaşı olan kanalın hazırda cəmi 60-70 nəfər işçisi qalıb.
İşdən çıxarılanlar sürücülər,müxbirlər, montajorlar,rejissorlar, operatorlar və digər texniki işçilərdir.
Bəs “Space” televiziyasında nə baş verir? Kanalın belə çöküşünün səbəbi nədir?
Telekanalda maliyyə problemləri üzündən 4 aya yaxındır ki, işçilərin əməkhaqları ödənilmir.
Bu səbəbdən də maaşlarını ala bilməyən işçilər telekanaldan dəfələrlə rəsmi qurumlara şikayətlər ediblər.
Kanalın adının çəkilməsini istəməyən xanım əməkdaşının verdiyi məlumata görə, işçilər ya məcburi şəkildə işdən ərizə yazdırılıb çıxarılır, ya da məzuniyyətə göndərilir və geri qaytarılmırlar.