Icma.az, Banco.az saytına istinadən bildirir.
İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Bakı, Sumqayıt və Abşeronda daha 90 tam təmirli mənzil təqdim edəcək. Mənzillər 1, 2 və 3 otaqlıdır, aylıq ödənişlər 445 manatdan başlayır.
Banco.az Fondun məlumatına istinadən xəbər verir ki, mənzil seçimi 1 dekabr 2026-cı il saat 15:00-da başlayacaq.
Mənzillərdən 31-i Bakının Binəqədi rayonunda, Cəfər Xəndan küçəsində, 31-i Sumqayıt şəhərində, Sülh prospektində, 28-i isə Abşeron rayonunun Saray qəsəbəsində, Məhəmməd Əsədov küçəsində yerləşir.
Müraciət və mənzil seçimi “Mygov” portalındakı “Elektron ipoteka və kredit zəmanət” sistemi üzərindən aparılacaq. Ərizəçilər müraciətlərini “SİMA İmza” vasitəsilə biometrik üsulla təsdiqləyə biləcəklər.
İmtina nəticəsində boşalan mənzillər hər iş günü saat 11:00-dan etibarən yenidən seçimə açılır. Əlavə məlumatı Fondun rəsmi saytından və 1549 Çağrı Mərkəzindən əldə etmək olar.