Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyədə məşhurlara qarşı aparılan narkotik və fahişəlik istintaqı çərçivəsində saxlanılan müğənni Ceylan Kaya həbs edilib.
KONKRET.az xəbər verir ki, sənətçi “cinayət yolu ilə əldə edilmiş əmlakın yuyulması” ittihamı ilə həbs olunub.
Aralarında Burcu Özberk və Özcan Denizin də olduğu 9 şübhəli isə ölkədən çıxış qadağası ilə sərbəst buraxılıb.
Bu arada aktyorlar Burcu Özberk, Deniz Çakır və müğənni Özcan Denizin prokurorluqda verdikləri ifadələr üzə çıxıb. Onlar aylıq gəlirlərini də açıqlayıblar.
Özcan Deniz aylıq gəlirinin 500 min türk lirəsi olduğunu bildirib. O, 35 ilə yaxındır peşəkar sənət fəaliyyəti ilə məşğul olduğunu, narkotik istifadə etmədiyini və bu maddələrin satışı ilə məşğul olan şəxslərlə əlaqəsinin olmadığını deyib.
Deniz Çakır aylıq gəlirinin 400 min lirə olduğunu açıqlayıb. Aktrisa yalnız həkim resepti ilə qəbul etdiyi dərmanlardan istifadə etdiyini, narkotik maddələrlə heç bir əlaqəsinin olmadığını vurğulayıb.
Burcu Özberk isə aylıq gəlirinin 300 min lirə olduğunu bildirib. O, sıx iş qrafikinə görə əsasən ev və çəkiliş meydançası arasında olduğunu, narkotik istifadə edilən mühitlərdə heç vaxt olmadığını söyləyib.
Hər üç məşhur üzərlərinə atılan ittihamları qəbul etmədiklərini bildiriblər.\\musavat.com