Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Süni İntellekt Platforması və İctimai Nəqliyyat Şəbəkəsinin Diaqnostikası Sistemi və 1 illik texniki dəstək xidmətinin göstərilməsi işlərinin satın alınması üzrə tender elan edib.
Tenderdə iştirak haqqı 1 000 manat təşkil edir.
Tenderin ehtimal olunan qiyməti 3,046 milyon manat təşkil edir.
Tenderdə iştirak etmək istəyənlər öz təkliflərini 24 noyabr saat 17:45-dək (GMT+4) təqdim etməlidirlər. Tender zərflərinin açılışı da 24 noyabr saat 17:45-də (GMT+4) keçiriləcək.
Əlavə məlumat üçün telefon: (+994) 12 566 52 58 (1233)
Əlaqələndirici şəxs: Hacıyeva Zöhrə
E-poçt: zohra.hajiyeva@ayna.gov.az
Ünvan: Bakı şəh. Nərimanov r/n. Hacı Məmmədov 5