AYNA: Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

14.08.2026

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib.

AYNA-dan APA-ya verilən məlumata görə, Mərdəkan qəsəbəsi Sergey Yesenin küçəsində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Bildirilib ki, məhdudiyyət səbəbindən 112, 140, 140E, 141, 144, 146, 182, 340, 446 nömrəli müntəzəm marşrutların hərəkəti Mərdəkan-Qala şosesi, 28 May, Dəmiryolçular, Xəzri və Baba Əliyev küçələri ilə təşkil edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью