AYNA bəzi avtobusların daşıyıcılarına xəbərdarlıq edəcək

26.11.2025

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Marşrut avtobusları tərtib olunmuş sxem və qrafik üzrə hərəkət etməlidir.

Avtosfer.az xəbər verir ki, bu barədə "AZƏRTAC"ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Qeyd edilib ki, 202 və 45 saylı marşrutların daşıyıcılarına onların nizamlı fəaliyyətinin təmin edilməsi, sərnişindaşıma qaydalarına və hərəkət cədvəlinə riayət edilməsi ilə bağlı xəbərdarlıq ediləcək.

Qeyd edək ki, həmin avtobusların günün pik saatlarında öz hərəkət sxemini dəyişməsi sərnişinlərin narazılığına səbəb olur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью