AYNA bu küçədə hərəkətin təşkilində yenilik edəcək SÜRÜCÜLƏRƏ ŞAD XƏBƏR VİDEO | Icma.az
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Sürücülər üçün uzun müddətdir təhlükəli hesab olunan paytaxt yollarından birində dəyişiklik ediləcək.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Qeyd edilib ki, yol hərəkəti təhlükəsizliyininin artırılması və nəqliyyat axınlarının nizamlanması məqsədilə Koroğlu Rəhimov küçəsində hərəkətin təşkilində dəyişikliklər edilir.
Agentliyin yaydığı videoda dəyişikliklə bağlı məlumat verən mətbuat katibi Tural Orucov bu küçədə uzun müddətdir mövcud olan problemli nöqtələrin nəqliyyat axınına mənfi təsir göstərdiyini bildirib.
“Həsən Əliyev küçəsi istiqamətində cəmi 2 hərəkət zolağının olması böyük axının həcmini qarşılamır, avtomobillərin hərəkətində ləngimələrə səbəb olur və sıxlıq yaranır.
Digər tərəfdən, Koroğlu Rəhimov küçəsi ilə Həsən Əliyev küçəsi istiqamətində hərəkət edən sürücülərin “Gənclik” metrostansiyasına tərəf dönmək tələbi yüksək olduğundan və birbaşa o istiqamətdə hərəkət etmək imkanları olmadığından, avtomobillər alternativ yollarla daha uzun məsafə qət edir, yan küçələr də yüklənir.
Nizamlanmayan piyada keçidi isə pik saatlarda hərəkətə daha bir mənfi təsir göstərən amil olmaqla yanaşı, həm də piyadaların təhlükəsiz keçidini təmin etməyə imkan vermir.
Tam oxu
Xəbəri oxu