AYNA: COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb | Icma.az
Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiy
Ümumi olaraq tədbir müddətində 600 mindən çox sərnişinin daşınması həyata keçirilib.
Bu barədə “APA-Economics”ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən AYNA) bildirilib.
Qeyd edilib ki, ictimai nəqliyyatın xüsusi zolaqlar şəbəkəsinə daxil olmayan, məhz COP29 nəqliyyat əməliyyatlarının təşkili üçün çəkilmiş zolaqlar tədbir yekunlaşdıqdan sonra öz qüvvəsini itirəcək.
Bu məqsədlə AYNA tərəfindən qeyd edilən zolaqlarda 5.9 avtobus zolağını bildirən yol nişanlarının sökülməsi və xətlərin silinməsi işlərinə başlanılıb.
Bildirilir ki, yol nişanları çıxarılmış zolaqlar artıq qüvvədən düşmüş hesab olunacaq.
25 noyabr tarixinədək müvafiq nişanların çıxarılması işləri icra ediləcək.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu