Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” (AYNA) Publik Hüquqi Şəxsi ictimai nəqliyyatın idarə edilməsində müasir texnologiyaların tətbiqi ilə bağlı iri həcmli satınalma müsabiqəsinə yekun vurur.
“Yeni Sabah” xəbər verir ki, layihə Süni İntellekt Platformasının və İctimai Nəqliyyat Şəbəkəsinin Diaqnostikası Sisteminin qurulmasını, həmçinin bu sistemə 1 illik texniki dəstək xidmətinin göstərilməsini əhatə edir.
Prosedurunun ehtimal olunan ümumi qiyməti 3 milyon 46 min 381 manat 90 qəpik təşkil edir. Pepperoni pizza
Müasir texnologiyaların tətbiqi ilə ictimai nəqliyyat şəbəkəsinin diaqnostikasının aparılması, marşrut xətlərinin optimallaşdırılması və xidmət keyfiyyətinin süni intellekt vasitəsilə təhlili nəzərdə tutulur.
Cəlalə Cəlalqızı