Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Gununsesi.info xəbər verir ki, sakinlər avtobusların sayının azlığından və avtobuslar arasında intervalın uzun olmasından narazı olduqlarını bildirmişdilər.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyat Agentliyinə sorğu göndərdik. Qrumdan sorğumuza cavab olaraq bildirildi ki,
Abşeron rayonunun Masazır kəndini (“Zəngilan şəhərciyi” yaşayış kompleksi), metronun “Memar Əcəmi” stansiyası ilə əlaqələndirən 525 nömrəli müntəzəm marşrutun fəaliyyəti təkmilləşdirilib:
“Beləliklə, “Zəngilan şəhərciyi” yaşayış kompleksinin sakinlərinin səfər müddəti azalıb, “Yeni Bakı” və “Qurtuluş-93” yaşayış komplekslərinin sakinlərinin marşrut istiqamətinin müəyyən edilməsində çətinlikləri aradan qaldırılıb.
İyulun 18-dən sözügedən marşrut 525A və 525B nömrələri adı altında fəaliyyət göstərir.
Marşrutlar üzrə sərnişinlərə müasir, CNG texnologiyası ilə təchiz edilən 28 ədəd “King Long” markalı avtobus xidmət göstərir.
525A nömrəli marşrutun başlanğıc dayanacaq məntəqəsi Masazır kəndi (“Yeni Bakı” yaşayış kompleksi), son dayanacaq məntəqəsi isə metronun “Memar Əcəmi” stansiyasıdır. Marşrut 6-7 dəqiqə hərəkət interval ilə fəaliyyət göstərir.
525B nömrəli marşrutun başlanğıc dayanacaq məntəqəsi Masazır kəndi (“Zəngilan şəhərciyi” yaşayış kompleksi), son dayanacaq məntəqəsi isə metronun “Memar Əcəmi” stansiyasıdır. Avtobuslar 10 dəqiqə intervalla hərəkət edir.
Eyni zamanda vətəndaşların Masazır kəndi daxilində “Yeni Bakı” yaşayış kompleksindən “Zəngilan şəhərciyi” yaşayış kompleksi istiqamətində gedişlərinin təmin edilməsi məqsədilə 524 nömrəli marşrut da fəaliyyət göstərir”.
Şəbnəm Rəhimova