Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Məlum olduğu kimi, hazırda Bakıda parklanma qaydalarına əsasən, hər həftənin bazar günü ödənişli parkinq zonalarında ödəniş tələb olunmur.
Bundan başqa, hər gün saat 22:00-dan 07:00-a qədər parklanma pulsuzdur və parklanma zonalarında ilk 15 dəqiqə üçün ödəniş nəzərdə tutulmur. Lakin bəzi ölkələrdə nəinki bazar günləri, hətta bayram günlərində də parklanma pulsuz olur.
Bundan əlavə, şənbə günü ölkədə bir çox dövlət qurumları fəaliyyət göstərmir. Bu baxımdan, bazar günündə olduğu kimi şənbə gününün də pulsuz parklanma rejiminə daxil edilməsi mümkün ola bilər.
Bəs şənbə günü və bayram günlərinin ayrıca olaraq pulsuz parklanma rejiminə daxil edilməsi nəzərdə tutulurmu?
Mövzu ilə bağlı "Cebheinfo.az" Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edib.
Qurumdan məsələ ilə bağlı bildirilib ki, hazırda şənbə və bayram günləri üçün əlavə parklanma güzəştləri qanunvericilikdə öz əksini tapmayıb: “Şənbə və bayram günlərində nəqliyyat xidmətlərindən güzəştli istifadə ilə bağlı qanunvericilikdə digər hallar nəzərdə tutulmayıb".
Əfsanə Rəcəb
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin