AYNA dan taksi sürücüləri üçün vacib məlumat bu ərazi dəyişdirilir

02.09.2026

Icma.az, Yenisabah saytına istinadən bildirir.

“Nizami” metrostansiyasının qarşısında avtobus dayanacağı ilə bağlı dəyişiklik edilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, Cəfər Cabbarlı küçəsində avtobus dayanacağı üçün nəzərdə tutulan ərazi uzadılıb. Dəyişiklik nəticəsində metro xətlərinin ayrılması ilə əlaqədar təşkil edilən ekspres avtobusların maneəsiz hərəkəti təmin olunub. Toyuqlu pizza

Həmçinin sərnişinlərin avtobuslara daha rahat minib-düşməsi mümkün olacaq.

Qeyd edilib ki, həmin ərazidə mövcud olan taksi duracağının yeri də dəyişdirilir. Hazırda yeni ərazinin müəyyən edilməsi ilə bağlı təhlillər aparılır.

Aytac Əliyeva


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью