Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Sosial şəbəkələrdə yayılan Ziya Bünyadov prospektindəki tuneldə yeni xətlənmə ilə bağlı məsələyə aydınlıq gətirmək üçün bildiririk ki, əvvəl "20 Yanvar" dairəsi və Əbdülvahab Salamzadə küçəsi istiqamətindən gələn nəqliyyat vasitələri tuneldən çıxışa doğru 4 zolaqdan 2 zolağa daxil olmaq məcburiyyətində qalırdılar.
Milli.Az xəbər verir ki, bu isə tunelin çıxışında hərəkət zamanı sıxlığa və qəza vəziyyətlərinin yaranmasına səbəb olurdu. Daha dəqiq desək, burada 3 konflikt nöqtəsi var idi. Artıq tunelin həmin çıxış hissəsində vəziyyəti müəyyən qədər yaxşılaşdırmaq məqsədilə zolaqların sayı 2-dən 3-ə artırılaraq mövcud problem qismən aradan qaldırılıb. Beləliklə, konflikt nöqtələri 3-dən 1-ə endirilib və yolun buraxıcılıq qabiliyyəti 30% artıb. Lakin tunelin daxilində darboğaz effekti tunelin quruluşuna görə qalmaqdadır.
Qeyd edək ki, həmin sözügedən müzakirə ilə bağlı görüntüləri dj Tural paylaşmışdı.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)