AYNA Elektron Tərəzilərin Vahid Monitorinq Mərkəzinə mediatur təşkil edib AZƏRTAC | Icma.a…
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 4 noyabr, AZƏRTAC Yol infrastrukturunun qorunması, yolların istismar müddətinin uzadılması və təhlükəsizlik tələblərin təmin edilməsi istiqamətində inovativ texnologiyaların tətbiqini daima nəzarətdə saxlayan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Elektron Tərəzilərin Vahid Monitorinq Mərkəzinə mediatur təşkil edib.AZƏRTAC xəbər verir ki, media nümayəndələrinə paytaxtın Qaradağ rayonunda quraşdırılan elektron tərəzilərin iş prinsipi və mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verilib.
AYNA tərəfindən yaradılan Elektron Tərəzilərin Vahid Monitorinq Mərkəzinin fəaliyyəti iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrlərinə nəzarət məqsədi daşıyır.
Monitorinq mərkəzi elektron tərəzilərdən əldə olunan məlumatları toplayır, emal edir və qanunvericiliklə nəzərdə tutulan qaydada istifadə edir.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İnformasiya Sisteminə inteqrasiya olunmuş mərkəz, iriqabaritli nəqliyyat vasitələrinin qanun pozuntularını aşkar etməyə imkan verir.
Media nümayəndələri elektron tərəzilərin texniki göstəriciləri ilə tanış olmaq üçün Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun 47,9-cu kilometrindəki məntəqəyə səfər ediblər.
Qeyd edək ki, yeni texnologiyaların tətbiqi yol infrastrukturunun qorunması və təhlükəsizlik tələblərinin təmin edilməsinə yönəlib.
Ümumilikdə 31 yerdə 51 tərəzinin quraşdırılması planlaşdırılır.
Tam oxu
Xəbəri oxu