AYNA pul yığmaq üçün növbəti tələ qurub | Icma.az
Shownews portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Aparıcı-prodüser Tarix Əliyev (Tolik) də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) fəaliyyətindən narazıdır.
Axşam.az xəbər verir ki, bu barədə aparıcı sosial media hesabında paylaşım edib.
O, Bakıda yeni salınan avtobus zolaqlarına görə tıxacların yarandığını və dönmə əməliyyatları zamanı cərimələrin yazıldığını bildirib: "Maşınların ən çox olduğu yerdə tıxacların yaranması üçün AYNA bu balaca yolda avtobus üçün bu boytda yer saxlayıb.
Avtomobillər də belə tıxacda qalırlar. 20 Yanvar körpüsünü altıdır. MTV kanalına gedən yolda 1 manatlıq taksilər saxlayırdı.
Bunun qarşısını almaq üçün avtobus yolu saldılar. Oradan da sağa dönəndə mənə cərimə gəlir. İndi AYNA burada nə etdi? Guya nə dəyişdi?
Pul yığmaq üçün növbəti tələ qurublar. Heç manatlıq taksilər burada dayananda belə tıxac olmurdu.
İndi onlar ikinci sırada dayanmalı olurlar və insanlar da yolun ortasında maşınlara minməli olurlar".
Tam oxu
Xəbəri oxu