Icma.az bildirir, Bizim media portalına istinadən. Ajans.az bu dəfə Bakı şəhəri ərazisində “AYNA”-nın nə qədər pulsuz parklanma yerlərinin o
Amma parklanma yerlərinin ödənişli olmasından sonra sürücülər məcburi şəkildə avtomobillərini məhəllələrdə saxlayırlar.
Ona görə də həmin ərazilərdə də şlaqbaunlar qoyulur. Bu isə əraziyə digər maşınların girişinə problem yaradır.
Artıq paytaxtın bir çox qəsəbələrində bu səbəbdən tıxaclar yaranır.
Ən çox da səhər tezdən işə gedərkən bu hallar qaçılmazdır.Əsas səbəb isə, həmin radiuslu yerlərin hər birində ödənişin tətbiqidir.Cəmiyyəti maraqlandıran əsas sual isə bu qədər pullu dayanacaqların olmasına görə qurum nə qədər qazanır?
Bizə şəffaf açıqlama verilə bilər? Digər bir məsələ orada işləyən işçilərin maaşlarıdır.
Çünki son vaxtlar parklanmanın bəzi işçiləri maaşlarından narazı idi.
Ümumilikdə bu tip suallara cavab almaq üçün Samir Cəlladovla əlaqə saxlamaq cəhdi alınmadı.Bildirildi ki, suallara cavab vermək onun səlahiyyətlərinə daxil deyil.