Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Yerüste Nəqliyyat Agentliyi (AYNA) velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına (quraşdırma daxil) başlayıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Avtosfer.az xəbər verir ki, qurum bununla bağlı hazırlıqlara start verib.
Qeyd edilib ki, materialı paslanmayan nikel olmalı və paslanma ilə bağlı 2 illik zəmanət verilməlidir. Hər konstruksiya 4 anker ilə yerə bərkidilməlidir. 1 konstruksiyada 5 velosipedin parklanması nəzərdə tutulur (5 yerlik).
AYNA quraşdırılma daxil konstruksiyaların satın alınmasına 1 114 999,70 manat vəsaitin xərclənəcəyini proqnozlaşdırıb.(iqtisadiyyat.az)