AYNAdan Bolta XƏBƏRDARLIQ: Qanunsuzdur

15.11.2024

News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Taksi sifarişi operatorları tərəfindən xidmətə görə əlavə vəsaitin  tutulması, eləcə də bir gedişə görə bir neçə dəfə ödənişin çıxılması qanunsuzdur. 

Bu barədə News24.az-a AYNA-dan məlumat verilib.

Qeyd olunub ki,  AYNA tərəfindən bununla bağlı ciddi tədbirlər görüləcək. 

"Belə hallarla qarşılaşan sərnişinlərdən  AYNA-nın "141" Çağrı Mərkəzi və ya sosial şəbəkə hesabları üzərindən məlumat vermələri xahiş olunur".

Xatırladaq ki, noyabrın 13-də redaksiyamıza sərnişinlər müraciət edərək "Bolt" taksi şirkətinin bir gediş haqqını iki dəfə çıxmağa başlaması ilə bağlı məlumat vermişdilər. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью