AYNAya hansı dildə yazım? Foto

19.12.2024

Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Aparıcı İlkin Həsəni sosial şəbəkədə növbəti dəfə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə bağlı şikayət edib.

Axşam.az xəbər verir ki, sosial şəbəkədə piyada keçidinin fotosunu paylaşan İlkin 10 aydır həmin zolağın rənglənməsi üçün quruma müraciət etdiyini bildirib:

"2024-cü ilin fevralında AYNA-ya bu keçidin rənglənməsi üçün Azərbaycan dilində rəsmi müraciət etmişdim. 10 aydan sonra yenidən cəhd etmək istəyirəm. Bu dəfə hansı dildə yazım?".

Qeyd edək ki, İlkin ötən ay da qurumun müraciətlərinə gec baxması ilə bağlı şikayət etmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью