Aynişan Fethiyedə lüks otellərdə istirahətdə VİDEO

20.06.2026

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Əməkdar artist Aybəniz Haşımovanın qızı, bloger Aynişan Quliyevanın Türkiyədə istirahəti davam edir.

“Yeni Sabah” xəbər verir ki, bloger bir neçə gün əvvəl Fethiye bölgəsində yerləşən “Silence Villas” lüks istirahət kompleksində qalaraq sosial şəbəkələrdə paylaşımlar edib.

Hazırda isə o istirahətini daha yüksək səviyyəli başqa bir məkanda – “Liberty Signa” otelində davam edir. pizza sifarişi

Aynişan Quliyeva Fethiye səfəri çərçivəsində müxtəlif hotellərdə yerləşərək istirahətini dəyişkən formatda davam etdirir. O, sosial media hesabında həm dəniz, hovuz mənzərəli fotolar, həm də gecə əyləncələrindən görüntülər paylaşaraq diqqət çəkib.

Blogerin paylaşımlarında Fethiyenin lüks otelində istirahət etdiyi, gecə saatlarında isə şəhər mərkəzinə çıxaraq əyləncəyə qatıldığı əks olunur.

Əsmətxanım Rzazadə


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью