Aynişan Kənandan niyə ayrılıb? MARAQLI SƏBƏB VİDEO

29.04.2025

Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.

Əməkdar artist Aybəniz Haşımova qızı Aynişan Quliyevanın həyat yoldaşı Kənan Əliyevi "Instagram"da izləmədən çıxarıb.

BAKU.WS "ölkə.az"a istinadən xəbər verir ki, barələrində boşanma iddiaları yayılan Aynişan-Kənan cütlüyünün analoji qərarından sonra Haşımovanın da bu addımı atması yayılan xəbərlərin həqiqətə yaxın olması barədə şübhələri artırıb.

Maraqlıdır ki, əməkdar artist də qızı kimi K.Əliyevlə olan fotoları hesabından silib. Əldə etdiyimiz məlumata görə, cütlük bir aydan artıqdır ki, ayrı yaşayır.

Onların münasibətlərinin qısqanclıq zəminində pozulduğu da iddialar sırasındadır. Sadəcə bu vaxta qədər hər iki tərəf xəbərin mediaya sızmamasına çalışıb.

Bildirilir ki, gəncləri barışdırmaq üçün məsələyə Aybəniz Haşımovanın böyük bacısı, Xalq artisti Şahnaz Haşımova da müdaxilə etməyə çalışsa da, tərəflər sənətkarın təklifindən imtina ediblər.

Qalereya

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью