Aynişan: O dərmanlar buna səbəb oldu FOTO

07.01.2025

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"20-22 yaşlarımda antidepressantlardan istifadə etmişəm. O zaman bunun bütün problemlərimi həll edəcəyini düşünürdüm".

Milli.Az xəbər verir ki, bu sözləri Aynişan Quliyeva sosial şəbəkə izləyicilərinin suallarını cavablandırarkən deyib.

Bloger etiraf edib ki, bir zamanlar qəbul etdiyi antidepressantlar ona fiziki və mənəvi cəhətdən mənfi təsir edib:

"İndi anlayıram ki, bu ən yanlış qərarlarımdan biri idi. O dərmanlar təkcə mənim ruhumu deyil, bədənimi də yordu. Məni kökəltdi. Özgüvənimi azaltdı. Əslində heç bir problemi həll etmədi. Heç bir dərman içindəki boşluğu doldura bilmir. Çünki əsl şəfa insanın özündədir". /baku.ws

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью