Aynişan Quliyeva: O dərmanlar ruhumu, bədənimi yordu, kökəlməyimə səbəb oldu Xəbər saytı Son xəbərlər və Hadisələr

07.01.2025

Icma.az, Baku.ws saytına istinadən bildirir.

"20-22 yaşlarımda antidepressantlardan istifadə etmişəm. O zaman bunun bütün problemlərimi həll edəcəyini düşünürdüm".

BAKU.WS xəbər verir ki, bu sözləri Aynişan Quliyeva sosial şəbəkə izləyicilərinin suallarını cavablandırarkən deyib.

Bloger etiraf edib ki, bir zamanlar qəbul etdiyi antidepressantlar ona fiziki və mənəvi cəhətdən mənfi təsir edib:

"İndi anlayıram ki, bu ən yanlış qərarlarımdan biri idi. O dərmanlar təkcə mənim ruhumu deyil, bədənimi də yordu. Məni kökəltdi. Özgüvənimi azaltdı. Əslində heç bir problemi həll etmədi. Heç bir dərman içindəki boşluğu doldura bilmir. Çünki əsl şəfa insanın özündədir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью