Ayntarxt la oyunun biletləri satışa çıxarılır Tarix

15.01.2026

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək "Qarabağ" - "Ayntarxt" (Almaniya) oyununun biletləri sabah satışa çıxarılacaq.

Axar.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.

Satışa sabah, saat 12:00-dan start veriləcək.

Standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 manat, VIP sektorlar üçün 200, 250, 300 və 400 manat, VVIP sektorlar üçün 1000 manatdır.

Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.

Qeyd edək ki, yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də start götürəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью