Ayntraxt 18 yaşlı futbolçuya göz dikdi

29.06.2026

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Ayntraxt" 18 yaşlı futbolçuya göz dikdi

"Ayntraxt" (Frankfurt) "Midtyulland"ın 18 yaşlı hücumçusu Malik Pimpongu transfer etməyə yaxındır.

QOL.az xəbər verir ki, "Sky" nəşrinin məlumatına görə, tərəflər arasında danışıqlar yekun mərhələyə çatıb və yalnız son detalların razılaşdırılması məsələsi qalıb.

Bildirilir ki, gənc hücumçu Almaniya klubu ilə 2031-ci ilə qədər müqavilə imzalayacaq. Transferin dəyəri isə 2,5-3 milyon avro arasında qiymətləndirilir.

Qeyd edək ki, Pimpong ötən mövsüm "Midtyulland"ın U-19 komandasında 30 oyunda 24 qol vurub. Danimarka gənclər millisinin üzvü olan futbolçu həm mərkəz hücumçusu, həm də cinahlarda çıxış edə bilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью